Accessibility links

Milyarder respublikaçı Donald Tramp ABŞ prezidenliyi uğrunda mübarizədə qalib gəldi [Video]


Respublikaçı Donald Tramp Birləşmiş Ştatların prezidenti seçildi. Bu, seçkilərin qalibi olacağı gözlənilən Hillari Klinton üçün böyük uğursuzluq oldu. Tanınmış biznesmen çərşənbə günü səhər açılmadan Manhettendə yerləşən hoteldə tərəfdarlarına böyük sevinc hissi ilə müraciət etdi.

Bütün seçki kampaniyası boyu nyu-yorklu biznesmen arxada qalırdı, lakin çərşənbə günü qələbə çalan da Donald Tramp oldu.

İndicə dövlət katibi Klinton mənə zəng etdi. O bizi qələbəmiz münasibətilə təbrik etdi. Mən də onu və ailəsini çox çətin seçki kampaniyası apardığına görə təbrik etdim.

“İndicə dövlət katibi Klinton mənə zəng etdi. O bizi qələbəmiz münasibətilə təbrik etdi. Mən də onu və ailəsini çox çətin seçki kampaniyası apardığına görə təbrik etdim.”

Bu, qələbə böyük təəccüb hissi ilə qarşılandı, çünki seçki gününün əvvəlində belə bir nəticə heç gözlənirlmirdi. Tramp və onun xanımı Melaniya seçki məntəqəsinə gəldikldə onlar bəzi seçicilər tərəfindən fitə basılmışdı.

Seçki kampaniyasının son günlərində nyu-yorklu biznesmen seçkinin nəticələrini müəyyən edən əsas ştatlarda seçicilərlə görüşlərdə sürətli dəyişikliyə çağırıb.

Lakin onun qadınlarla bağlı nalayiq ifadələri və qanunsuz mühacirlərlə bağlı alçaldıcı şərhləri seçki kampniyasına kölgə salmışdı.

Buna baxmayaraq, Trampın “Amerikanı yenidən möhtəşəm edək” şüarı bir çox amerikalının ürəyinə yol açmışdı. Onlardan biri nyu-yorklu cazz ifaçısı Robbi Robinsondur.

“Donald Amerikanı yenidən möhtəşəm etdəndə, bizim pulumuz olacaq, bizim əyləncəyə imkanımız çatacaq. Mən ölkəni tərk etməkdənsə Nyu-Yorkda işləyə biləcəm.”

Ohayo kimi ştatlarda fəhlə sinfini təmsil edən seçiilər şeçki məntəqələrində Trampa səs verib. Onları Trampın iş yerləri yaratmaq və azad ticarət razılıqlarını ləğv etmək kimi vədləri cəlb edib.

Lakin belə görünür, digər seçiciləri bölücü və bəzən bayağı seçki kampaniyası dəhşətə gətirib.

“Mən nyu-yorkluyam və on illərdir Donald Trampla bağlı nələrsə eşidirəm. O hər zaman xəbərlərdə yer alırdı və mən onun nə olduğunu bilridm. Amma fikrimcə, bu kampniya bir çox insanı itirdi.”

Qələbə nitqində Tramp amerikalıları bir araya gətirmək barədə danışdı...

“İndi Amerikanı bölən yaraları sağaltmaq vaxtıdır. Biz bir olmalıyıq. Bu ölkədəki bütün respublikaçı, demokrat və müstəqillərə demək istəyirəm ki, indi artıq bizim üçün xalq olaraq bir araya gəlmə zamanıdır.”

Tramp “USA, USA” şüarları və “Rolling Stones”-un “Sən hər zaman istədiyini əldə edə bilməzsən” mahnısının sədaları altında səhnədən edib onun gözlənilməz qələbəsini qeyd edən sevinc içində olan insan kütləsinə qoşuldu.

Show comments

XS
SM
MD
LG