Accessibility links

Azərbaycanda donuz qripi qeydə alınmayıb


Donuz qripi
Donuz qripi

Azərbaycanda epidemioloji durum nəzarət altındadır. Ölkədə donuz qripinə yoluxma halları müəyyən edilməyib. Son günlər 100-dək insan qan analizi verib və onların heç birində H1N1 virusu aşkarlanmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb.

Öz növbəsində, Azərbaycan Dəmir Yolları İdarəsi həmsərhəd ölkələrin ərazisindən “donuz qripi”nin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin görüldüyünü bildirib.

Dəmir Yolları İdarəsinin mətbuat xidmətinin məlumatına görə, sanitar tədbirləri gücləndirilib, qrip təhlükəsi olan şəxslərin müvəqqəti qalması üçün palatalar yaradılıb. Dərman preparatları, şəxsi gigiyena əşyaları ehtiyatı yaradılır. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunur.

Dövlət Gömrük Komitəsi mətbnuat xidməti bildirir ki, indiyədək A(H1N1) virusu Azərbaycanın sərhəd gömrük-keçid məntəqəlırində qeydə alınmayıb.

“Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət GömrükKomitəsivə Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, mətbuat xidməti qeyd edir.

Xatırladaq ki, Azərbaycanla qonşu ölkələrdə çoxsaylı yoluxma və ölüm halları aşkarlanıb.

Ermənistanda 18 nəfər, Gürcüstanda 1, Rusiyada 30-a yaxın adam bu xəstəlikdən ölüb. Türkiyə və İranda da ölüm halları barədə məlumatlar var.

Azərbaycanın Ermənistandan başqa bu ölkələrin hamısı ilə nəqliyyat əlaqələri var. Hər gün sözügedən ölkələrdən minlərlə insan Azərbaycana gəlir və gedir.

H1N1 virusu 2009-cu ildən dünyada sürətli yayılıb. O vaxtdan başlayaraq bu virusun qarçısı alınmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG