Accessibility links

Azərbaycanda donuz qripinə qarşı profilaktik tədbirlər gücləndirilir


Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev son günlərdə Azərbaycan ilə həmsərhəd olan İranda donuz qripinin yayılması ilə əlaqədar ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ölkənin bütün tibb müəssisələrində qripə şübhəli xəstələrin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi sənəddə əksini tapıb.

Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinə əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.

Sənəddə yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparılması, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təmin edilməsi müvafiq quruma tapşırılır.

Məlumatda qeyd edilir ki, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.

Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ölkədə epizoodik durum tam nəzarətdədir.

“Azərbaycanın heyvandarlıq təsərrüfatları nəzarətə götürülüb. Mütamadi olaraq monitorinqlər keçirilir, qan nümunələri götürülür”, deyə mətuat xidməti bildirib.

Xatırladaq kli, media İranda donuz qripindən ölənlərin olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG