Accessibility links

Bu günədək “donuz qripi” xəstəliyi ilə bağlı 80-dən çox insandan qan nümunəsi götürülüb. Qan nümunələrinin nəticələrinə görə Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Mətbuat xidmətindən deyiblər ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb.

Xatırladaq ki, Azərbaycanla qonşu olan Türkiyə, Rusiya, Ermənistan və Gürcüstanda “donuz qripi” xəstəliyi aşkar edilən onlarla insan var. Qonşu ölkələrdə 20-dən çox insan bu xəstəlikdən ölüb.

XS
SM
MD
LG