Accessibility links

Dopinqdən istifadə edən idmançının təcrübələri [Video]


Dopinq idmanda tabu mövzulardan biridir. Dopinqlər istifadəçilərə xüsusi üstünlük vesə də, onların ən yüksək səviyyəli müsabiqələrdən kənarlaşdırılmasına səbəb ola bilər. Əvvəllər dopinqdən istifadə edən idmançı Amerikanın Səsinə öz təcrübəsindən danışıb.

Adam Qaski 20 il öncə məktəbin futbol komandasında oynamağa başlayanda heç kəs dopinqlərdən istifadə etmirdi və neçə il sonra professional futbolçu olunadək o öz çıxışlarına görə narahat olmurdu.

“Mən oyun sahəsində özümü daha yaxçı oyunçu etmək yollarını axtarırdım. Amma eyni zamanda, bunun mənim normal həyatıma təsir etməməsini istəyirdim.”

Ortopedik cərrah Dr. Evan Argintar deyir ki, dopinqdən istifadənin faydaları var.

“Dopinqlər idmançılara güc və dözümlülük baxımından üstünlük verir və bu onlara məşğul olduqları imdan növlərinə hazırlıqda, həm də müxtəlif idman sahələri üçün lazım olan bacarıqların həyata keçirilməsində yardım edir.”

Dopinq deyəndə fikrə iynə və steroidlər gəlir, ancaq Qaski dopinq kimi aptekdə reseptsiz aldığı dərmanlardan istifadə edirdi.

Onun istifadə etdiyi dərmanlar qanuni olsa da, Olimpiya oyunları kimi böyük yarışlarda, eləcə də professional futolda onlardan istifadə qadağan edilir.

“Mən “mümkün qədər yaxşı futbolçu olmaq üçün” mənə üstünlük verəcək hər şeyi etməyə hazır idim.”

Lakin Qaski məhdudiyyətlərin də olduğunu deyir. O, qanunu pozmaq istəmirdi. Qaskinin liqanın qadağan etdiyi heç bir preparatdan istifadə etməməsinə baxmayaraq o deyir ki, bu dərmanlar onu oyun zamanı dəyişdirirdi.

“Dərman çox qısa bir zaman üçün məni əlavə testosteronla təmin edir, daha aqressiv, daha güclü edirdi və topu daha bərk vurmağıma kömək edirdi.”

Ancaq Qaski deyir ki, bu səviyyədə aqressivlik onun əhvalında dəyişikliyə səbəb oldu və nəticədə başından bərk zədə nəticəsində keçirdiyi beyin sarsıntısəndan sonra o, karyerasını bitirməli oldu. O deyir ki, futbol oynamağı dayandırdığı gün dopinqdən istifadəyə son qoydu.

“Mən özümü öldürmək istəmirəm. Mənim ailəm var. Həyat yoldaşım, valideyinlərim var.”

O artıq nə özü, nə də uşaqlarına görə bunu etmək istəmir.

XS
SM
MD
LG