Accessibility links

Bu gün uzaq Alyaskadan körfəz sahilinədək amerikalılar müstəqillik gününü qeyd edirlər.

Amerikalılar Britaniya hakimiyyətindən azad olmalarının 236-cı il dönümünü anırlar.

Nyu York şəhərində rəsmilər müstəqillik gününü qeyd etmək üçün şəhərdə atəşfəşanlıq planlaşdırır.

On minlərlər adam şəhər və qəsəbələrdə düzənlənən paradlarda iştirak edəcək, pikniklər keçirəcək, atəşfəşanlığı izləyəcək, konsertlərə gedəcək və ailə üzvlərilə bir araya gələcək.

Birləşmiş Ştatların üçüncü prezidenti Tomas Ceffersonun 1776-cı ildə tərtib etdiyi müstəqillik bəyannaməsi amerikalıların ən çox sevdiyi azadlıq rəmzidir. Koloniyaların yerli idarəçilik qurumlarını təmsil edən Kontinental Konqres sənəd tərtib olunduqdan bir neçə həftə sonra, iyul ayının 4-də sənədi təsdiqləmişdi.

Show comments

XS
SM
MD
LG