Accessibility links

Milli Məclis 2014-cü il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclis
Milli Məclis

2014-cü il dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri 20 milyard 63 milyon manatdır.

Noyabrın 12-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri barədə məlumat verib.

"Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür", o qeyd edib.

Büdcədə 1,679 mlrd. manat həcmində kəsir nəzərdə tutulub.

Üç gün davam edəcək müzakirələr zamanı Hesablama Palatasının rəyi dinləniləcək, Mərkəzi Bankın idarə heyətinin sədri, ayrı-ayrı nazirlər çıxış edəcək.
XS
SM
MD
LG