Accessibility links

Azərbaycan parlamenti 2013-cü ilin büdcə paketini təsdiq edib


Azərbaycan manatı

Azərbaycan manatı

Dövlət büdcəsinin gəlirləri 19,159 milyard, xərcləri 19,85 milyard manat, büdcə kəsiri 691 milyon manatdır

Noyabrın 30-da Azərbaycan parlamenti 2013-cü il dövlət büdcəsini 102 səs lehinə, 4 səs əleyhinə olmaqla təsdiq edib.

Maliyyə naziri Samir Şərifov deputatların təkliflərinin nəzərə alınaraq səhiyyəyə ayrılan vəsaitin 3 milyon manat artırıldığını bildirib. Siyasi partiyalar ayrılan vəsait 500 min manat artırılaraq 2,5 milyon manata çatdırılıb. Milli Məclisin smeta xərcləri 726 min manat artırılıb. Büdcədən kənar xərclərdə artım 35 milyon manatdır.

Beləliklə ümumilikdə dövlət büdcəsinin gəlirləri beş milyon manata qədər artırılaraq 19,159 milyard manata, xərclər 40 milyon manat artırılaraq 19,85 milyard manata, dövlət büdcəsinin kəsiri 35 milyon manat artırılaraq 691 milyon manata çatdırılıb.
XS
SM
MD
LG