Accessibility links

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağda seçkilərin nəticələrini qəbul etməyəcək [Audio]


ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Dağlıq Qarabağda sentyabrın 13-də keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinin nəticələrini qəbul etməyəcəyini bildirib. Dövlət Departamentinin sözçüsü Con Körbi brifinq zamanı Birləşmiş Ştatların Dağlıq Qarabağı tanımadığı ilə bağlı rəsmi mövqeyini bir daha bəyan edib.

Dövlət Departamentinin Dağlıq Qarabağla bağlı bəyanatı
please wait

No media source currently available

0:00 0:00:37 0:00

“Biz münaqişənin əhatəli həlli çərçivəsində Dağlıq Qarabağın əhalisinin öz gələcəyi ilə bağlı rolunu tanıyırıq. Amma Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də regionun leqal statusuna təsir göstərə biləcək qondarma seçkilərin nəticələrini qəbul etməyəcəyik. Biz həm də qondarma seçkilərin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu həllinə nail olmaq üçün davamlı danışıqların nəticələrinə təsir göstərməyəcəyini vurğulayırıq,” deyə Con Körbi bəyan edib.

Bundan öncə verdyi açıqlamada Dövlət Departamentinin sözçüsü ABŞ-ın bölgədə gərginliyin artmasından narahatlığını bildirib və tərəflərə ATƏT-in Minsk qrupunun səyləri çərçivəsində münaqişənin dinc yolla həlli yollarının axtarılmasına dair öhdəliklərini xatırladıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG