Accessibility links

ABŞ: İnsan alveri müasir dövrün quldarlıq formasıdır


ABŞ Dövlət Departamentinin insan alverinə dair illik hesabatı

ABŞ Dövlət Departamentinin insan alverinə dair illik hesabatı

ABŞ Dövlət Departamenti insan alverinin milyonlarla insanın dünyanın demək olar hər yerində vicdansız əmək nəzarətçiləri və seksual istismarçılar tərəfindən məcburi şəkildə işlədilməsi nəticəsində böyük sərvət gətirdiyini bildirib.

Dövlət Departamentinin illik hesabatında bildirilir ki, müasir dövrün quldarlığı olan istismar nəticəsində qızlar və qadınlar fahişəliklə məşğul olmağa məcbur edilir, kişilər, qadınlar və uşaqlar isə az gəlirli işlərdə çalışmalı olur, bəzən isə hətta maaş almadan işləyir.

ABŞ Dövlət katibi Con Kerri bildirib ki, insan alveri və müasir dövrün quldarlığı hər il 150 milyard dollar gəlir gətirən bir “sənaye”yə çevrilib. Onun sözlərinə görə, builki hesabat fəaliyyətə bir çağırış olmalı, dünya hökumətlərini öz qanunlarını gücləndirməsi və onlara riayət etməsinə çağırmalıdır.

“Hər bir ölkə kimi biz də ABŞ-da icbari əmək və seksual istismara qarşı daha yaxşı iş görməliyik” –deyə Con Kerri bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir iki, “insan alveri sərhədlər tanımır və qanunlara hörmət etmir. Sənəddə göstərilir ki, insan alveri halları bir sıra sahələrdə müşahidə edilsə də, ona daha çox aşağı kvalifikasiyalı, ya da kvalifikasiyası olmayan əməkdən istifadə edildiyi yerlərdə daha çox rast gəlmək mümkündür. Hesabatda deyilir ki, işçi qüvvəsinin istismar edilməsi bir çox hallarda seksual istismarla bağlıdır. Sənəddə göstərilir ki, adətən təcrid olunmuş yerlərdə ictimai iaşə və pərakəndə satış sahələrində işə götürülən qadınlar bir çox hallarda fahişəliklə məşğul olmağa məcbur edilir.

“Müasir dövrün quldarlıq forması boşluqda yaranmayıb. Bu, yoxsulluq, qadın və azlıqlara qarşı ayrı-seçkilik, korrupsiya və idarəetmədə çatışmazlıqlar, sosial mediadan sui-istifadə, habelə transmilli mütəşəkkil cinayətin gücü və miqyası kimi 21-ci əsrin porblemləri ilə bağlıdır”-deyə hesabatı təqdim edən ABŞ Dövlət katibi Con Kerri bildirib.

XS
SM
MD
LG