Accessibility links

Dövlət Departamenti insan alverinə dair "yumşaq" hesabata görə tənqidlərlə üzləşir [Video]


Con Kerri bildirib ki, proqres ruhlandırıcı olsa da, insan alverinə qarşı mübarizə hələ uzun illər davam edəcək

ABŞ dövlət katibi Con Kerri söz verib ki, ölkə müasir quldarlıq olan insan alverinə qarşı mübarizəni dayandırmayacaq. Dövlət Departamenti bu həftə insan alverinə dair illik hesabatını açıqlayıb. Hesabat bəzi tənqidlərlə də üzləşib.

Dövlət Departamentində keçirilən tədbirdə Con Kerrinin insan alverinə dair açıqlaması çox sərt olub.

"Bu, pula qarşı müharibədir. Bu, şərlə mübarizədir."

Departamentin 2015-ci il hesabatında deyilir ki, insan alveri dünya boyu 230 milyondan cox miqrantı əhatə edən illik 150 milyard dollarlıq sənayedir.

"Bu, 100 faiz qələbə qazanmalı olduğumuz döyüşdür. Bu, müasir dövrün insan haqlarının ən böyük problemidir"

İnsan alveri ilə mübarizəyə dair standartların minimumlarına əməl etməyənlərin yer aldığı 3-cü dəstəyə 23 ölkə daxil edilib. Burada İran, Suriya, Rusiya və Şimali Koreyanın adı çəkilir. Ancaq hesabatın yumşaq hazırlanmasına dair tənqidlər də mövcuddur.

"Bir az qəribədir ki, 12 ildir 3-cü dəstədə olan Kuba diplomatik əlaqələrin bərpasından dərhal sonra 2-ci dəstəyə keçirilib. Eləcə də Malayziya. Prezident Trans-Sakit Okean Ticarət proqramına diqqəy yönəltdiyi bir vaxt ölkə son 3 ildir yer aldığı 3-cü dəstədən çıxıb" - Harvard Kennedi Məktəbindən Siddhart Kara bildirir.

İkinci dəstəyə (Tier 2) Azərbaycanla yanaşı əksər post-sovet respublikaları daxil ediliblər. Bu qrupdakı ölkələr Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa tam riayət etməsələr də, insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli səylər göstəriblər.

Hesabatın Azərbaycana aid hissəində bildirilir ki, bu ölkə məcburi əməyə və seks trefikinqinə cəlb olunan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır. Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Ərəb Əmirliklərində məcburi əməyə məruz qalırlar.

Hesabatda deyilir ki, ölkədə geniş yayılmış korrupsiya insan nəqlinə qarşı mübarizyə də əngəllər törədir.

Və hətta Dövlət Departamentinin mükafatlandırdığı bəzi tərəflərə də qəribə gəlib ki, ABŞ və müttəfiqləri İŞİD-in əlindən əziyyət çəkən Yezidi qadın və uşaqların timsalında nə üçün daha çox yardım missiyası öz üzərinə götürməyib.

"Hər dəfə biz bu məsələni beynəlxalq ictimaiyyət qarşısında qaldıranda onlar deyir ki, birinci məqsəd İŞİD məğlub etməkdi və bu, çox vaxt alacaq".

Fəallar xəbərdarlıq edir ki, insan alverinin qurbanları nə qədər uzun müddət əziyyət çəkirsə, fiziki və emosional zədə bir o qədər çox olur və bu, vəziyyəti pisləşdirir.

Dövlət katibinin sözlərinə görə, hesabat fəaliyyətə keçmək çağırışı kimi qəbul olunmalıdır. Con Kerri bildirib ki, proqres ruhlandırıcı olsa da, insan alverinə qarşı mübarizə hələ uzun illər davam edəcək.

XS
SM
MD
LG