Accessibility links

Dövlət Departamenti İranı həbsdə olan iki ABŞ vətəndaşını azad etməyə çağırıb


Obama administrasiyası İranı iki ABŞ vətəndaşını - ata və oğulu azad etməyə çağırır. Onlara qarşı irəli sürülən ittihamlar bəlli deyil.

İran rəsmiləri ötən oktyabr ayında iş adamı Siyamək Namazi və keçən ay isə onun 80 yaşlı atası Baqueri həbs ediblər. Onlar hər ikisi ikili vətəndaşlığa - ABŞ və İran vətəndaşlıqların sahibdirlər.

Ailə təxmin edir ki, onlar Tehranın ağır şəraitli Evin həbsxanasında saxlanırlar. Ancaq İran bu iki şəxs haqqında heç bir məlumat verməyib.

Dövlət Departamentinin sözçüsü Con Körbi deyib ki, ABŞ rəsmiləri Namazilərin vəziyyətində ciddi narahatdır.

"Biz onlara qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumata malik deyilik və inanırıq ki, onların həbsi ədalətsizdir" - deyə Körbi bildirib.

Körbinin sözlərinə görə, ABŞ İranı Tehranda ABŞ maraqlarını təmsil edən İsveçrə diplomatları ilə işləmə və tez bir zamanda bu iki şəxsi azad etməyə çağırıb.

Dövlət katibi Con Kerri keçən ay Namazilərin işi ilə bağlı danışıqlar apardığını, ancaq ətraflı məlumat verə bilməyəcəyini deyib.

XS
SM
MD
LG