Accessibility links

ABŞ Dövlət Departamenti İranla məhbus mübadiləsini təsdiq edib


Washington Post qəzetinin Tehran bürosunun rəhbəri Ceyson Rezaiyan

Washington Post qəzetinin Tehran bürosunun rəhbəri Ceyson Rezaiyan

ABŞ Dövlət Departamenti İranla məhbusların mübadiləsi ilə bağlı bəyanat açıqlayıb.

"Həbs edilmiş ABŞ vətəndaşlarının vətənə qayıtması üçün yaratdığımız diplomatik kanallar vasitəsilə biz İranda saxlanmış dörd amerikalının azad edildiyini təsdiq edirik. Bunlar Əmir Hekmati, Səid Abedini, Ceyson Rezaiyan və Nəsrətullah Xosravi-Rodsaridir. İran Robert Levinsonun harada olmasının müəyyən edilməsi üçün Birləşmiş Ştatlara əməkdaşlığı davam etdirmək işinə sadiq olduğunu bildirib"-deyə bəyanatda bildirilir.

Dövlət Departamentinin bəyanatında daha sonra bildirilir:"Biz altısı ABŞ və İran vətəndaşı olan ikili vətəndaşlığa malik yeddi iranlını əvf etmişik. Onlar ya Birləşmiş Ştatlarda məhkum olunub, ya da məhkəmə prosesini gözləyirdi. Birləşmiş Ştatlar həmçinin ekstradisiya haqda müraciət şanslarının zəif olduğu 14 iranlının İnterpol vasitəsilə axtarışını dayandırıb və onlara qarşı ittihamları aradan qaldırıb."

İran şənbə günü məhbusların mübadiləsi çərçivəsində dörd amerikalı iranlını azad etdiyini bildirib. İran mediasının verdiyi məlumata görə, Washington Post qəzetinin keçən il Tehranda casusluq ittihamı ilə məhkum edilmiş müxbiri Ceyson Rezaiyan da onlar arasındadır.

Vyanada Amerika administrasiyasının adının açıqlanmasını istəməyən yüksək səviyyəli nümayəndəsi məhbusların mübadiləsini humanitar addım kimi dəyərləndirərək, bunun casusların mübadiləsi olmadığını deyib.

Tehranın azad etdiyi daha üç amerikalı 2011-ci ildə ailəsinə baş çəkmək üçün Tehrana səfər etmiş ABŞ hərbi dəniz qüvvələrinin keçmiş zabiti Əmir Hekməti, digəri isə 2012-ci ildə İran paytaxtında saxlanılan xristian rahib Səid Abedinidir. Dördüncü məhbus Nəsrətullah Xosravi-Rodsari haqda ətraflı məlumat azdır.

Federal Təhqiqatlar Bürosunun keçmiş agenti Robert Levinson 2007-ci ildən İran tərəfindən saxlanır. Onun da işinin təfərrüatarı haqda məlumat verilmir, lakin 2011-ci ildə internetdə yayılmış video görüntü "onun sağ olduğuna sübut olaraq"qəbul edilib.

XS
SM
MD
LG