Accessibility links

ABŞ Krım tatarlarına bir daha dəstək bildirib


ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner

Birləşmiş Ştatlar Rusiya Ali məhkəməsinin Krım tatarlarının Məclisinin fəaliyyətinə qadağa qoyulması haqda qərarını tanımır

Birləşmiş Ştatlar Rusiya Ali məhkəməsinin işğal edilmiş Krım hökuməti tərəfindən Rusiya ərazisində Krım tatarlarının məclisinin fəaliyyətinə qoyduğu qadağanın təsdiq edilməsi haqa qərarının səlahiyyətini tanımaq niyyətində deyil. Bu haqda ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Rəsmi Vaşinqton Rusiyanın Krım tatarlarının Məclisini "ekstremist" təşkilat kimi səciyyələndirməsi ilə razılaşmır və onun fəaliyyətinin qadağan olunmasını qınayır. Vaşinqton Rusiya hökumətinin Krım tatarları ilə "sistematik şəkildə ədalətsiz " rəftarı fonunda Rusiya Ali Məhkəməsinin qərarını dərin narahatlıq hissi ilə qarşılayır.

"ABŞ Krımın Ukraynaya qaytarılmasına qədər Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayacaq"-Dövlət Departamenti

Dövlət Departamentinin bəyanatında deyilir ki, Krımın yerli əhalisi ixtiyari həbslər, adam oğurluğu, siyasi motivli təqiblər və azad hərəkət etmək hüququnun məhdudlaşdırılması kimi hallarla qarşılaşır, hökumət orqanları tərəfindən onların evlərində və məscidlərdə reydlər keçirilir. "Biz Rusiyanı dərhal bu kimi yolverilməz hallara son qoymağa çağırırıq"-bəyanatda bildirilir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner Birləşmiş Ştatların Rusiyanın Krımın ilhaqını tanımadığı haqda dəfərlərlə verdiyi bəyanatları və Rusiyanın Krım yarımadasını Ukraynaya qaytarmaq çağırışlarını bir daha təkrar edib. "ABŞ Krımın Ukraynaya qaytarılmasına qədər Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayacaq"-bəyanatda bildirilir.

XS
SM
MD
LG