Accessibility links

Dövlət Departamenti: Leyla Yunusa qarşı ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin dinc fəaliyyətinin daha da məhdudlaşdırıldığını göstərir


Dövlət Departamentinin sözçüsü Mari Harf

Dövlət Departamentinin sözçüsü Mari Harf

ABŞ Dövlət Departamenti Sülh və Demokratiya institutunun direktoru Leyla Yunusa qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə bağlı bəyanat verib. Dövlət Departamentinin sözçüsü Mari Harfın açıqladığı bəyanatda Birləşmiş Ştatlar Azərbaycan hökumətini vətəndaşların universal hüquqlarına hörmət etməyə çağırıb.

Bəyanatda deyilir: "Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı iyulun 30-u cinayət ittihamlarının irəli sürülməsi dərin narahat doğurur və Azərbaycanda sivil cəmiyyətin dinc fəaliyyətinin daha da məhdudlaşdırılmasını göstərir. Xanım Yunus səhhətində ciddi problemlərin olmasına baxmayaraq, həbsdə saxlanır. Cənab Yunusun ciddi sağlıq problemləri var və o, ev dustağıdır. Bu ittihamlar onların regionda insanlar arasında gərginliyin azaldılması və etimad yaradılması məqsədi güdən proqramlarda iştirakı ilə əlaqədardır.

Biz Azərbaycan hökumətini vətəndaşların universal hüquqlarına hörmət etməyə, bütün vətəndaşlar üçün ədalətli məhkəmə sistemi təmin etməyə və insan hüquqlarına dair beynəlxalq təhəddüdlər və öhdəliklərə uyğun olaraq onların öz fikirlərini azad şəkildə ifadə etməsinə imkan verməyə çağırırıq."

Bundan öncə ABŞ Helsinki Komissiyası Leyla Yunusa qarşı ittihamlarla bağl bəyanatla çıxış edib.

XS
SM
MD
LG