Accessibility links

Dövlət Departamenti: “Riçard Morninqstar baş əyməyib”


Riçard Morninqstar sabiq prezident Heydər Əliyevin abidəsi önündə

Riçard Morninqstar sabiq prezident Heydər Əliyevin abidəsi önündə

ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstarın sentyabr ayının 3-də sabiq prezident Heydər Əliyevin abidəsini ziyarət etməsi mübahisəyə səbəb olub. Belə ki, bəzi insanlar sosial şəbəkələrdə yayılan fotoda onun abidə qarşısında baş əyməsinin əks olunduğunu bildirir.

Amerikanın Səsinin məlumatına görə, dünən, sentyabrın 4-də Dövlət Departamentinin ənənəvi gündəlik brifinqi zamanı Departmentin nümayəndəsi Patrik Ventrellə jurnalistlərdən biri mövzu ilə bağlı sual verib. Sual-cavab mətnini olduğu kimi təqdim edirik:

Sual: “Patrik, ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstarın mediada dolaşan fotosu barədə şərh verə bilərsinizmi? Foto səfiri Bakıda Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsi önündə baş əyərkən göstərir. Belə bir addımı atmağı ona Dövlət Departamenti məsləhət görüb?”

Patrik Ventrell: “Azərbaycandakı səfirliklə danışmışam və bizim anladığımız belədir ki, o, yalnız gül qoyur və bu, etimadnaməsini qəbul edən bütün səfirlər üçün standart praktikadır. Belə ki, mən düşünürəm onlar…”

Sual: “Azərbaycanda standart praktika?”

Cavab: “Orada, o ölkədə standart praktika. Və bizim anladığımız odur ki, orada baş əymə olmayıb; o, sadəcə gül qoyub və bu addım onun sələfləri tərəfindən də atılıb”.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG