Accessibility links

Dövlət Departamentinin “Mətbuatı azad edin” kampaniyasında Azərbaycana da yer verilib [Video]


Marie
Marie

“Mətbuatı azad edin” kampaniyasını davam etdirən ABŞ Dövlət Departamenti bu gün jurnalist Hilal Məmməfovun timsalında Azərbaycandakı həbsdə olan bütün jurnalistlərin sərbəst buraxılmasına çağırıb. Bu gün keçirilən gündəlik brifinqdə danışan Dövlət Departamentinin sözçüsü Marie Harf hazırda Azərbaycanda 12 jurnalist və ya blogerin həbsdə olduğunu bildirib. Amerikanın Səsinin məlumatına görə, xanım Harf onlar arasından Hilal Məmmədovun adını vurğulayıb.

“O, 2012 –ci ildə dövlətə xəyanət, etnik nifrət və narkotik saxlama ittihamları ilə saxlanaraq 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin martında BMT-nin Arbitrar Həbslər üzrə işçi qrupu onun həbsini arbitrar hesab edərək dərhal sərbəst buraxılmasını tələb edib. Bir çox beynəlxalq insan haqları qrupları da onun azad olunmasına çağırıb. Biz onlara qoşularaq onun və sadəcə ifadə azadlığından istifadə etdiyinə görə həbs edilən digər jurnalist və blogerlərin dərhal azad edilməsinə çağırırıq” - deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Meria Harf bildirib ki, Dövlət Departamenti belə istintaqlara və eləcə də müstəqil mediaya qarşı digər təzyiqlərə son qoyulmasına və Azərbaycanda ifadə azadlığı öhdəliklərinə əməl etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG