Accessibility links

Dövlət sirrinin yayılmasına görə məsuliyyət sərtləşdirilib


Məxfi sənədlər
Məxfi sənədlər

Martın 6-da Milli Məclis Cinayət Məcəlləsinin 284-cü “Dövlət sirrinin yayılması” maddəsinin 1 və 2-ci bəndlərinə dəyişikliklər və 284-1 maddəsini əlavə edib.

Cinayət Məcəlləsinin yeni 284-1-ci maddəsi dövlətə xəyanət və casusluq əlaməti olmadan, güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək, yalan, talan yolu ilə və ya texniki vasitələrin köməyi ilə dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsinə görə 2-5 il həbs cəzası nəzərdə tutur.

284.1-ci maddəyə edilmiş düzəlişə əsasən, dövlətə xəyanət əlamətləri olmadıqda, dövlət sirri təşkil edən məlumatların yayılmasına görə cəza 3 ildən 6 ilədək artırılıb. Əvvəllər bu müddət 2-5 il təşkil edirdi.

284.2-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, həmin əməllər ağır nəticələrə səbəb olduqda 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əvvəl bu müddət 3-7 il təşkil edirdi.

Ekspertlər hesab edir ki, Cinayət Məcəlləsinə dövlət sirrinin yayılmasına görə məsuliyyəti sərtləşdirən yeni dəyişikliklər jurnalist araşdırmalarını çətinləşdirmək məqsədi daşıya bilər.

Lakin media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli on-line resurslara icazəsiz çıxış olduğu halda bu maddənin təcrübədə tətbiq ediləcəyindən şübhə edir.

“İnternet qlobal şəbəkədir, burada veb-resursların sındırılması yolu ilə əldə edilmiş məlumat yerləşdirilə bilər. Xaricdəki hakerlərin əldə etdiyi bu məlumatlar üçüncü ölkələr vasitəsilə internetə yerləşdirilə bilər. Daha sonra jurnalistlər də bu məlumatlardan istifadə edə bilər. Bu zaman jurnalist açıq mənbədən məlumatı dərc etdiyinə görə məsuliyyət daşımır. Buna Vikiliks materialları nümunə ola bilər.

Bu resursun yaydığı sənədlərdən sonradan bütün dünyada KİV-lər istifadə ediblər. Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanlarının belə hallarda kimisə məsuliyyətə cəlb etməsi çətin olacaq. Eksert hesab edir ki, sözügedən norma jurnalistləri araşdırmadan çəkindirmək məqsədi daşıyır.

Digər tərəfdən, dövlət sirrinin qorunmasına görə məsuliyyət dövlət orqanlarının üzərinə qoyulub və onlar informasiya müdafiəsini təmin etmək öhdəliyi daşıyırlar”, ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG