Accessibility links

Dövlət Departamenti: ABŞ-ın iranlılar üçün virtual səfirliyi uğurla işləyir


Dövlət Departamenti: ABŞ-ın iranlılar üçün virtual səfirliyi uğurla işləyir

Dövlət Departamenti: ABŞ-ın iranlılar üçün virtual səfirliyi uğurla işləyir

ABŞ-ın mövqeyi və İran xalqını maraqlandıran məlumatlar bu sayt vasitəsilə onlara çatdırılır.

Amerika Dövlət Departamentinin mətbuat katibi Alan Eyr hesab edir ki, Birləşmiş Ştatların virtual səfirliyi İran xalqı və ABŞ dövləti arasında fikir mübadiləsi üçün effektiv vasitədir.
"ABŞ-ın iranlılar üçün virtual səfirliyi, İran dövlətinin bu saytı bağlamaq üçün çalışmasına baxmayaraq, uğurla işini davam etdirir. Bu, İran xalqı və ABŞ dövləti arasında fikir mübadiləsi üçün çox yaxşı vasitədir", - deyə Alan Eyr fevralın 17-də Azırbaycanın Trend Agentliyinə müsahibəsində bildirib.
2011-ci il dekabrın 6-da ABŞ-ın İranda virtual səfirliyi fəaliyyətə başlayıb. İnternet vasitəsi ilə ingilis və fars dillərində xidmət göstərməyə başlayan ABŞ-ın virtual İran səfirliyinin saytında Birləşmiş Ştatların rəhbərliyinin İran xalqı ilə əlaqələr qurmaq üçün belə bir üsulu seçdiyi açıqlanıb.
ABŞ dövlət katibi Hillari Klinton saytda nümayiş olunan videomüraciətində iki ölkə arasında diplomatik əlaqələrin olmamasının ABŞ və İran vətəndaşları arasındakı dialoqa mane olduğunu deyib və virtual səfirliyin iki ölkə xalqlarının bir-birilərini daha yaxşı anlamalarına qulluq edəcəyini, maneələri aşmaq üçün yeni texnologiyanın istifadə olunacağını bildirib.
Alan Eyr müsahibəsində deyib ki, internet səhifəsi nə məqsədlə açılmışdısa, elə o məqsədlə də fəaliyyət göstərir və göstərəcək.
"İran xalqına lazım olan məlumatlar, o cümlədən ABŞ-a səfər etmək, Amerika mədəniyyəti və cəmiyyəti, ABŞ dövlətinin mövqeyi və siyasəti haqqında və İran xalqını maraqlandıran digər məlumatlar bu sayt vasitəsilə onlara çatdırılır”.
“Biz İran xalqı ilə əlaqələrimizi möhkəmləndirmək üçün səylərimizə davam edəcəyik və bu internet səhifəsinin fəaliyyəti gələcəkdə görəcəyimiz işlərin və səylərimizin bir qismidir", - Alan Eyr bildirib.

XS
SM
MD
LG