Accessibility links

Dövlət Departamenti Fətullayevin azadlığa çıxmasından məmnun oldu


Dövlət Departamenti Fətullayevin azadlığa çıxmasından məmnun oldu

Dövlət Departamenti Fətullayevin azadlığa çıxmasından məmnun oldu

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin jurnalist Eynulla Fətullayevi həbsdən buraxmasını məmnunluqla qarşılayıb.

Fətullayev səkkiz il yarımlıq həbs cəzasının yarısını çəkdikdən sonra həbsxananı tərk edib. O, terror təhlükəsi, vergidən yayınma və narkotika gəzdirmək ittihamları ilə məhkum olunmuşdu.

Onun vəkilləri ittihamların saxta olduğunu deyirlər və prezident İlham Əliyevin tənqidçiləri Fətullayevin həbsinin arxasında siyasi motivlərin durduğunu israr edir.

Cümə günü açıqlanan bəyanatda Dövlət Departamenti Fətullayevi və ailəsini azadlığa çıxması münasibətilə təbrik edib.

Rəsmi Vaşinqton məhbus redaktorun işini yaxından izləmiş və dəfələrlə onun azadlığa buraxılmasına çağırmışdı.

Fətullayev Avropa İnsan haqları Məhkəməsinin onun dərhal azad edilməsi barədə qərarından bir neçə ay sonra sərbəst buraxılıb.

İnsan haqları müdafiəçiləri və media qrupları İlham Əliyevi bütün həbsdə olan jurnalistləri azadlığa buraxmağa çağırıblar.

Fətullayevin redaktoru olduğu iki qəzet bağlanıb.

XS
SM
MD
LG