Accessibility links

Dövlət Departamenti: "Azərbaycan nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirir"


Dünən Dövlət Departamentində keçirilən gündəlik brifinq zamanı Amerikanın Səsinin Departamentdəki xüsusi müxbiri Scott Stearns Azərbaycanla ABŞ rəsmiləri arasında keçiriləcək müzakirələr barədə sual verib. Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin müxbirinin sualının cavabında aprel ayının 18-i Azərbaycanın maliyyə naziri Samir Şərifov Dövlət Departamentində müzakirələr aparacağını təsdiq edib:

"Aprel ayının 18-i Vaşinqtonda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 3-cü toplantısı üçün Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Dövlət Departamentində qəbul ediləcək. Görüşdə iştirak edəcək ABŞ hökumət agentliklərinə Fövqaladə Hallar və Maliyyə nazirlikləri, ABŞ Ticarət Nümayəndəliyi İdarəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), ABŞ-ın İxrac-İdxal Bankı və ABŞ Ticarət və İnkişaf Agentliyi daxildir".

Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də beynəlxalq ictimaiyyətin Əfqanıstana ən yaxşı dəstəyi necə göstərə biləcəyini aydınlaşdırmaqdır.

XS
SM
MD
LG