Accessibility links

Dövlət katibi Klinton:"ABŞ Türkiyənin regionda və dünya miqyasında artan rolunu alqışlayır"


Dövlət katibi Klinton:"ABŞ Türkiyənin regionda və dünya miqyasında artan rolunu alqışlayır"
Dövlət katibi Klinton:"ABŞ Türkiyənin regionda və dünya miqyasında artan rolunu alqışlayır"

Xanım Klinton ərəb ölkələrində hərəkatlarla başlayan tarixi bir dövrdə Türkiyənin qarşısında demokratiya və regional liderliyi nümayiş etdirmək kimi görünməmiş bir imkan olduğunu bildirib.

ABŞ Dövlət katibi Hillari Klinton Vaşinqtonda Türkiyə-Amerika Şurasının 30-cu illik konfransında çıxış edərək, Türkiyə və Birləşmiş Ştatlar arasında əlaqələr və regional inkişaflardan danışıb.

Yaxın Şərqdə inkişaflara toxunan Dövlət katibi Klinton Ankaranın iqtisadi nüfuzu və liderliyinin regionun inkişafına müsbət təsir edə biləcəyini deyib və bunun Türkiyə və ABŞ arasında əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Xanım Klinton ərəb ölkələrində hərəkatlarla başlayan tarixi bir dövrdə Türkiyənin qarşısında demokratiya və regional liderliyi nümayiş etdirmək kimi görünməmiş bir imkan olduğunu bildirib.

Dövlət katibi Türkiyənin Suriyada baş verən hadisələrə reaksiyasına toxunaraq, rəsmi Ankaranın Dəməşq hökumətinin öz vətəndaşlarına qarşı ifrat gücdən istifadə etməsini kəskin qınadığını vurğulayıb. Prezident Əsəd hökumətinin hakimiyyətdə qaldıqca, Suriyanın qarışıqlığa sürüklənməsi riskinin artdığı və bunun da region üçün təhlükə yaratdığını deyən xanım Klinton Türkiyənin bunu anladığını qeyd edib.

ABŞ Dövlət katibi Türkiyə-İsrail münasibətlərinə toxunaraq, bunun iki ölkə üçün əhəmiyyətini qeyd edib və Birləşmiş Ştatların münasibətlərin yoluna qoyulması üçün tərəflərin imkanları dəyərləndirəcəyinə ümid bəslədiyini bildirib.

Xanım Klinton Kipr probleminin həll ediləcəyilə bağlı ümidlərini ifadə edib. O,Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına çağıraraq, Türkiyə parlamentində mövcud qanunvericilik çərçivəsində protokolların imzalanacağına ümid bəslədiyini bildirib.

Dövlət katibi Türkiyənin bölgədə və dünya miqyasında artan rolunun böyük razılıqla qarşılandığını bildirərək, Türkiyənin iqtisadi gücünün artmasını xüsusi vurğulayıb. O deyib ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində siyasi dəyişikliklərlə bərabər iqtisadi islahatlar prosesində Türkiyə çox mühüm bir tərəfdaş kimi çıxış edə bilər. Xanım Klinton ABŞ-ın Türkiyənin iqtisadi tətəfdaş kimi daha böyük potensialı olduğuna və ölkənin artan liderliyinin daha böyük fəyda gətirə biləcəyinə inandığını bildirib.

Dövlət katibi Klinton bununla yanaşı bəzi Konqres üzvlərinin Türkiyə-ABŞ münasibətlərilə bağlı suallar qaldırması, eyni zamanda bəzi türklərin də iki ölkə arasında əlaqələrin gələcəyinə şübhə ilə baxması məsələsinə toxunub. O bildirib ki, Türkiyə və ABŞ hər zaman eyni fikrə malik olmaya bilər, lakin iki ölkə arasında əməkdaşlığın artması məsuliyyətlərin də artmasına, bu isə öz növbəsində münasibətlərin daha da məhsuldar bir səviyyəyə yüksəlməsinə gətirib çıxarır.

ABŞ Dövlət katibi Türkiyə və Birləşmiş Ştatların birgə əməkdaşlıq nəticəsində əldə etdiyi nailiyyətlərə görə qürur duyduğunu və gələcəkdə bu əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirib.


XS
SM
MD
LG