Accessibility links

Azərbaycan müdafiə naziri cəbhə bölgəsindədir


Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Nazirliyin mətbuat xidmətinin məlumatına görə müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsində

Nazir həmçinin əsgər yeməkxanasına, tibb müəssisələrinə, hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərə və əsgər kazarmalarına da baş çəkib.

Nazirin cəbhə bölgəsində döyüşə hazırlığının səviyyəsini yoxlaması Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün keçirildiyi vaxtla üst-üstə düşür.

XS
SM
MD
LG