Accessibility links

Özəl şirkət tərəfindən istehsal edilən fəza gəmisi Beynəlxalq Fəza Stansiyasına uğurlu uçuşunu başa vuraraq, Yer kürəsinə istiqamət alıb. Draqon kapsulu fəza stansıyasını dünən səhər tərk edib. Kapsulun geriyə göndərilməsinə stansiyanın robot qolları yardım edib. Ekipajsız gəmi Yerin atmosferindən keçərək, Kaliforniya sahillərində Sakit Okeana düşməlidir. Draqon bir həftədən az müddət ərzində fəza stansiyasına təchizat daşıyan ilk özəl gəmidir.

XS
SM
MD
LG