Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili Gəncədə olub


ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan və Gəncə icra hakimiyətinin başçısı Elmar Vəliyev
ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan və Gəncə icra hakimiyətinin başçısı Elmar Vəliyev

Derek Hoqan şəhəri icra hakimiyyəti başçısı ilə görüşüb, Amerika Mərkəzində və Dövlət Aqrar Universitetində olub

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Gəncəyə səfər edib.

APA agentliyinin məlumatına görə, Derek Hoqan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Müvəqqəti işlər vəkili səfərinin tanışlıq məqsədi daşıdığını, Gəncənin iqtisadi, ictimai- siyasi həyatı ilə tanış olaraq şəhərdə bir sıra tədbirlərə qatılacağını bildirib.

Öz növbəsində Elmar Vəliyev Gəncədə görülən tədbirlər barədə məlumat verib. İcra başçısı deyib ki, son 3 ildə Gəncədə 30 yaxın orta məktəb binası, 10-a yaxın uşaq bağçası təmir edilib.

E.Vəliyev həmçinin Gəncədə Heydər Əliyev parkının təmir edilərək istifadəyə verildiyini bildirib, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi və Mirzə Şəfeh Vazeh muzeylərinin tikintisinin önəmini qeyd edib.

Müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, 5 aydır Azərbaycana gəlib və ölkə ilə, xüsusən də respublikanın ikinci böyük şəhəri ilə yaxından tanış olur.

“Biz Azərbaycanla əlaqələrimizin mümkün qədər dərin və geniş olmasını istəyirik. Ona görə də bir sıra sahələrin nümayəndələri ilə görüşlər keçiririk.Onların arasında Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və müəllim kollektivi ilə görüşümüz, vətəndaş cəmiyyətinin nümayəndələri, iqtisadi sahədə çalışanlarla görüşlərimizi və müzakirələrimiz nəzərdə tutulur”, - deyə Derek Hoqan bildirib.

Müvəqqəti işlər vəkili Amerika Mərkəzində və Azərbaycan Dövlət Aqrar Universitetində də görüş keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG