Accessibility links

Amerikanın "Drive-In" kino-teatrları [VİDEO]


Drive-In - Açıq havada kino-teatrlar
please wait

No media source currently available

0:00 0:03:01 0:00
“Drive-in”, yəni “Maşında bax” kino-teatrları vaxtilə Amerika mədəniyyətinin bir parçası sayılardı. 1950-ci illərdə bütün Amerika boyu açıq havada, nəhəng ekranlı 4000 kino-teatr fəaliyyət göztərirdi. Hazırda isə belə kino-teatrları tapmaq çətindir.

Virciniya ştatında, Vaşinqton şəhərinin 130 km-liyindəki Şenando vadisində Ailəvi Maşında Baxılası Kinoteatra gəlmək üçün maşınlar sıraya düzülüb.

Şennon Skot bir çoxları kimi ailəsi ilə birlikdə buraya, filmin başlamasından iki saat əvvəl gəlib. “Burada insanlar arasında olursan və burada qaranlığın düşməsini gözləyərkən ailənlə birlikdə vaxt keçirməyə vaxtın olur.”.

Skot deyir ki, onun ailəsi Drive-in kinoteartına illərdir gəlir. O, bir saat yarım yol fət etdiklərini və burada ucuz qiymətə hətta iki filmə baxa bildiklərini deyir. “Buraya maşınla gəlməyə dəyər. Maraqlı səyahətdir. Biz buraya gəlməyi sevirik. ”

İlk “Maşında bax” kino-teatrı 1933-cü ildə Nyu-Cersi ştatında fəaliyyətə başlayıb. 1958-ci ildə isə Birləşmiş Ştatlar boyu 4000 belə kino-teatr fəaliyyət göstərirdi. 1970-80-ci illərdə bu kino-teatrlar azalmağa başlayır və hazırda ölkə boyu 400 belə kino-teatr qalıb.

Cim Kup Famli Drive-in kino-teatrının sahibidir. “Adətən bu tipli kino-teatrlar şəhər kənarında tikilərdi. İllər keçdikcə qiymətlər artdı və torpağın qiyməti bu biznesdən əldə edilən gəlirdən qat-qat baha oldu. Buna görə də açıq havadakı çox sayada kino-teartın yerində evlər və ticarət mərkəzləri inşa edildi.”

İllər əvvəl Driv-in kino-teartlarına adətən sevgililər gedərdi, hazirda isə buraya daha çox ailələr gəlir. Cin Kupun kino-teatrında uşaqlar üçün oyun meydançası belə var.

Fred Kanlif buraya, bu gün nümayiş etdiriləcək filmə baxmaq üçün Texas ştatından 15 nəfərdən ibarət ailəsi ilə birlikdə gəlib. Buraya Şimali Karolina və Virciniyanın digər bölgələrindən də gələnlər var. “Bizin valideylərimiz də bunu edirdi. Biz də bu ənənəni davam etdirir və uşaqlarımızı buraya gətiririk. Uşaqlar bunu görməlidirlər”

Yaxınlıqdakı otellər uzaqdan gələnlər üçün ucuz qiymət təklif edir.
Holiday Inn mehmanxanasının işçisi Ceyms Rever: “Drive-İn kino-teatrını görmək üçün uzaq məsafələrdən çox insan gəlir və bizim müştərilərimiz çox olur.”

Famly Drive-İnin ərazisinə 500 maşın yerləşir və iki nəhəng ekranda yeni çıxan filmlər nümayiş etdirilir. Ola bilər ki, Drive-in kino-teatrlarının fəaliyyəti o qədər də uzun sürməsin. Hazırda isə bu kino-teatrın öz pərəstişkarları var və onlar bundan həzz alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG