Accessibility links

Elm

Kənd təsərrüfatında dronlardan istifadəyə başlanıb [Video]


Kompyuter texnologiyasındakı sürətli inkişaf, görüntünü oxuma cihazları, peyk naviqasiyası, son on ildə ağıllı telefonlardakı inkişaf araşdırmaçıları getdikcə daha kiçik və ucuz pilotsuz hava nəqliyyatı düzəltməyə sövq edib. Biz bu cihazların gündəlik həyatımıza daxil olduğunun şahidi oluruq.

Kino sənayesi havadan çəkimlər üçün dronlardan sıx istifadə edir.

Tarixçilər bu cihazı tarixi yerlərin kəşfində istifadə edirlər.

Xilasedici komandalar zərərçəkənləri xilas etmək üçün dronlara müraciət edirlər.

Hətta fermerlər əkinlərinə nəzarət etmək üçün dronlardan istifadə etməyə başlayıblar.

Fransız sahibkar Romeyn Farouks əkinçilik sahəsində dronun faydalarını müşahidə edib. Onun qurduğu Airinov şirkəti yüngül, uzaqdan istifadə edilən Agridrone adlanan cihaz ixtira edib. Cihaz optik sensorlardan istifadə edərək əkin sahələrində bitkiləri analiz edir.

Romeyn Farouks: "Burada tətbiq olunan texnologiya smart-fonlarda istifadə olunanın eynisidir. Buna qanad da əlavə olunub. Ağıllı telefonlar və tabletlərdə işlədilən GPS və ətalət ölçü vahidi kimi elektronik hissələr ucuz qiymətə bizə istifadəyə icazə verib."

Kompyuter proqramı əkin sahəsini əhatə edəcək şəkildə dronun uçuş modelini meydana gətirir. Sensorlar isə bitkilərdən yansıyan günəş işığının dörd fərqli qırmızı, yaşıl və iki infraqırmızı şüalarını qeyd edir.

Fermer Jan Baptiz Bruqqemen deyir ki, dronları fəslin fərqli vaxtlarında uçurtmaq və toplanmış məlumatları analiz etmək sizə əkin haqda geniş məlumat verir.

Jan Baptiz Bruqqemen: "İlk olaraq dron vasitəsi ilə əkinə lazımı gübrə miqdarını hesablaya bilirsən. İkinci, lazımı ölçüdə gübrə miqdarını bitkinin ehtiyacına görə verə bilirsən. Bəhər verdikdə isə nitrogen miqdarırnın çox aşağı səviyyədə olduğunu görürsən. Bu təbiət üçün faydalıdır."

Farouks deyir ki, Adridrone zonalar arasında gübrə miqdarına ehtiyacın fərqli olduğunu, beləliklə hansı sahələrdə azaltmağı müəyyən edir. Bu xərclərin azalmasına və çirklənmənin qarşısını almaqda kömək edir. Əvvəllər fermerlər gübrəni eyni miqdarda bütün əkinə səpərdilər.

Dron həmçinin vaxta qənaət edir. 3 hektar əraziyə nəzər salmaq cəmi bir dəqiqə vaxt tələb edir.

XS
SM
MD
LG