Accessibility links

ABŞ-ın drom hücumları 116 mülki şəxsin ölümünə səbəb olub [Video]


ABŞ-ın drom hücumları 116 mülki şəxsin ölümünə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:15 0:00

ABŞ-ın drom hücumları 116 mülki şəxsin ölümünə səbəb olub

Obama admnistrasiyası ABŞ-ın Liviya, Yəmən, Somali və Pakistanda apardığı anti-terror əməliyyatları zamanı həyata keçirdiyi hava hücumları nəticəsində 116-dək mülki vətəndaşın ölümünə səbəb ola bildiyini bildirib. Ağ Ev keçən həftə bir zamanlar gizli olan bu proqramın detallarını və bu kimi əməliyyatları daha şəffaf edəcək yeni planı açıqlayıb.

Prezident inanır ki, biz mümkün qədər şəffaf olduğumuzda anti-terror strategiyamız daha effektiv və etibarlı olur.
Coş Ernest

Dron hücumları 2009-2015-ci illər ərzində 64-lə116 arasında mülki vətəndaşın ölümünə səbəb olub, deyə Ağ Evin uzun zamandır gözlənilən hesabatında bildirilir.

“Prezident inanır ki, biz mümkün qədər şəffaf olduğumuzda anti-terror strategiyamız daha effektiv və etibarlı olur,” deyə Ağ Evin sözçüsü Çoş Ernest bildirib.

Milli Kəşfiyyat direktorunun dediyinə görə, Pakistan, Somali, Yəmən və Liviyada 500 hücum həyata keçirilib.

Hesabata İraq və Suriya kimi “aktiv münaqişə zonalarında” aparılan hava hücumları daxil edilməyib.

Obama vəzifəsinin icrasına başlayandan bir zamanlar gizli olan dron proqramı terrorçulara qarşı mübarizədə çox mühüm vasitəyə çevrilib.

Ona görə də, Obama insan itkilərinin sayının minimuma qədər azaldılması və şəffaflığın artırırılmasına yönəlmiş sərəncam imzalayıb.

Dron. Pakistan
Dron. Pakistan

Ancaq insan haqları qrupları itkilərin sayının Ağ Evin açıqladığı rəqəmdən daha yüksək olduğunu deyir.

Onlar həmçinin bu məsələ ilə bağlı bir çox sualın cavabsız qaldığını bildirir.

“Problem ondadır ki, müharibənin gedişində v müharibədən kənar gücdən istifadə etdikdə qaydalar dəyişir. Anti-terror səyləri isə hansı qaydaların tətbiq edilməli olduğunu müəyyən etməyi çətinlşədirir, çünki standardlar fəqrlidir.”

Dron hücumu
Dron hücumu

Ekspertlər dronlardan istifadə edilməsinin ən doğru yolunu tapmağın çətin oldğunu deyir.

“Birləşmiş Ştatlar, Konqres, Amerika xalqı və bizim müttəfiqlərimiz arasında bunun yollar barədə müzakirə getməlidir ki, biz əlimizdən gələn hər şeyi etdiyimiz və Amerikanın təhlükəziliyini qorumaq üçün lazımı təhlükəsizlik tədbirlərini gördüyümüzdən əmin olaq.”

Ağ Ev iddia edir ki, terrorizmə qarşı mübarizədə ən mühüm silahlardan biri olan dronlar barədə daha çox məlumat paylaşılmasına baxmayaraq, ABŞ bəzi gizli məlumatları qorumağa davam etməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG