Accessibility links

Dronların populyarlığı artdıqca onların faydaları və mümkün təhlükələri diqqət mərkəzindədir [Video]


Dronların populyarlığı artdıqca onların faydaları və mümkün təhlükələri diqqət mərkəzindədir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Keçən il milad bayramında ABŞ-da təxminən bir miliyona yaxın dron satılıb. Dronların belə populyarlığı və qiytmələrinin artması onların təhlükəli ola biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub artırıb. Lakin bu texnologiyanın böyük üstünlükləri də var.

Danimarka polisi cinayətlə səmada mübarizə aparacaq yeni qüvvəni sınaqdan keçirir. Qartallara ictimai təhlükə hiss edilən zaman dronları aşağı endirmək üçün təlim keçirilir. Təlimçilər deyir ki, bunun qartallar üçün heç bir təhlükəsi yoxdur.

Scoerd Huqendurn: "Quşlar təbii olaraq yırtıcılardan qorunmağı bacarır. Beləliklə qartallar özlərini təbii olaraq qoruya bilir."

Danimarka polisi deyir ki, onlar qartallardan qadağan olunmuş hava sahəsində və ya ictimai tədbirlərdə uçan dronları tutmaq üçün istifadə edəcəklər.

Onlar həmçini bu texnologiyanın cinayətkarlar tərəfindən istifadə olunacağından narahatdır.

Hulsey Smith: “Oyuncaq drondan terror hücumuna təhriklə edib-etməməsindən asılı olmayaraq qorxu yararmaq üçün istifadə edilə bilər. O gözlənilmədən insanların toplaşdığı yerə uça bilər.”

ABŞ-ın Aero Kinetiks şirkətində dron üzrə mütəxəssis Hulsey Smith deyir ki, ən ciddi təhlükə oyuncaq dronların yayılmasıdır.

Hulsey Smith: “Vertolyot və oyuncaq dronun toqquşması ölümcül hadisə ilə nəticələnə bilər. Bu misalı sərnişin təyyarələri üçün də çəkmək olar. Əgər oyuncaq dron təyyarə qalxdığı zaman onunla toqquşsa, bu mühərrikin sıradan çıxması ilə nəticələnə bilər.”

Lakin bütün bunlara baxmayaraq, bu texnologiyanın müsbət tərəfləri də var. Dubayda keçirilən ikinci illik Drones for Good müsabiqəsində dron texnologiyalarının verə biləcəyi faydalar nümayiş etdirilir. Yarışmanın qalibinin dizayn etdiyi dron neft və qaz borularındakı sızıntını təmir edir və insanların həyatını qurtarır.

Talib Məhəmməd: “Biz bu texnologiyanı yeni inkişaf mərhələsinə çıxarmaq, sadəcə dron deyil, sızıntıları tapıb və yerindəcə təmir edə və insanların həyatını qoruya bilən bir dron hazırlamaq istəyirdik.”

Dron texnologiyaları sahəsində imkanlar genişdir.

Hulsey Smith: “Düşünün, infarkt olmuş insanlara defibrilyatorları əvvəlkidən daha tez çatdırmaq mümkündür. Ya da fırtınadan sonra inşaat ustalarının evlərin damlarına çıxması əvəzinə bunu dronlar yoxlayır. Təbii fəlakət zamanı təyyarələrin uça bilmədiyi yerlərdə itkin düşən uşaqların tapılmasında dronlardan istifadə etmək olar.”

Bu imkanlar artıq sınaqdan keçirilib. Dron havada cisimlərlə toqquşsa da uçuşunu davam etdirə bilir. İsveçrədə buz qayalarında itkin düşənlərin xilas edilməsində drondan istifadə olunub.

Dron texnologiyaları sənayesinin getdikçə daha çox inkişaf etdiyi zaman ekspertlər deyir ki, dronların faydaları və mümkün təhlükələri hələ də nəzərdən keçirilir.

XS
SM
MD
LG