Accessibility links

Dron yarışları [Video]


Dron yarışları
please wait
Embed

No media source currently available

0:00 0:01:50 0:00

Kiçik dronlar tərk edilmiş binada sürətlə uçaraq, ani dönüşlər edir. Dronların sahibləri isə təhlükəsiz şəkildə onları yerdən idarə edir.

Lakin əsl həyacanlı şey isə dronların sahiblərinin geyindikləri virtual gözlüklərlə özlərini onların içərisində hiss etməsidir.

Ken Lu: “Dron yarışları sanki təyyarənin kokpitində oturaraq digər pilotlarla üç dimensiyalı şəkildə uçmaq deməkdir. Biz çox təhlükəli hərkətlər edə bilirik. Dar yerlərdən keçə və heçkim xəsarət almadan qəza törədə bilirik. Çox əyləncəlidir. Tamamilə təhlükəsizdir.”

Bir neçə il əvvəl belə video kompyuter tərəfindən qurulmalıydı və fantastika janrında filimlərdə istifadə olunurdu.

İndi isə hər bir dron öz kamerasını daşıyır.

Kolbi Kurtola: “Gözlükləri taxdığımızda özünü dronda hiss edirsən. Uçmağa başlayanda isə sanki uçursan.”

Kolbi kimi buna marağı olanlar saatlarla vaxt sərf edərək aldıqları dron hissələriylə öz dronlarını düzəldirlər.

Yaxşı dron sürücüsü olmaq üçün yaxşı refleksə və video oyun təcrübəsinə sahib olmalısan.

Bu oyun getdikçə yayılır və ABŞ kabel televiziyası ESPN rəsmi yarışlar keçirməyi planlaşdırır. Belə yarışlardan biri mart ayında Dubayda keçirilib və qalib 250 min dollar mükafata layiq görülüb.

Bu arada pilotlar öz məharətlərini videoya qeyd edərək internet məkanında paylaşaraq yeni azərkeşlərin cəlb olunmasında rol oynayırlar.

XS
SM
MD
LG