Accessibility links

ABŞ-da ölkə boyu kiçik ölçülü dron uçuşlarına icazə verilməsi üçün yeni qaydalar tətbiq edilməyə başlayır.

Lakin uzaq məsafədə yerləşən anbarlardan iri həcmli məhsulların istehlakçılara çatdırılması üçün dronlardan istifadəyə hələ icazə verməyib.

Yeni qaydalara əsasən əkin sahələrinə nəzarət edə bilmək, təbii fəlakət baş verdikdə xilasetmə dəstələrinə axtarış əməliyyatlarına yardım göstərmək, vəhşi heyvanların yuvalarını müəyyən edə bilmək, təhsil və tədqiqat imkanlarını artırmaq və başqa sahələrdə dronlardan istifadə edilməsini nəzərdə tutulur.

Dronun çəkisi 25 kiloqramdan az olmalı, cihaz 122 metrdən yüksəyə qalxmamalı və saatda 161 kilometrdən çox sürətlə uçmamalıdır. Bundan əlavə, dronlar operatorun nəzarəti altında olmalı və insanların olduğu yerlər üzərində uçmamalıdır.

ABŞ-ın Apple və Google şirkətləri internet səhifələrində satılan məhsulların müstərilərə çatdırılması üçün 2017-ci ildən başlayaraq dron xidmətindən istifadə edəcək.

ABŞ-da hazırda xidmət sahəsində daha böyük məsafədə dronlardan istifadə qaydaları üzərində iş gedir. Lakin bu qaydaların nə zaman elan ediləcəyi hələ məlum deyil.

XS
SM
MD
LG