Accessibility links

Birləşmiş Ştatlar Pakistanda pilotsuz təyyarə hücumlarına görə tənqid edilir


ABŞ prezidenti Barak Obama və Pakistanın baş naziri Navaz Şərif insan haqları təşkilatları Birləşmiş Ştatları Pakistanda pilotsuz təyyarə hücumlarına görə tənqid etdikdən bir gün sonra Ağ Evdə görüşüb.

Vaşınqton şəhərində, ABŞ Sülh İnstitutunda çıxış edən cənab Şərif pilotsuz təyyarələrə dair problemin ikitərəfli münasibətlərə ciddi təsir göstərdiyini deyib.

Onun şərhləri Britaniyada qərargahlanan insan haqları qrupu Amnesty International-ın ABŞ-ı pilotsuz təyyarələri ətrafında dolaşan sualları cavablandırmasına çağırması ilə eyni vaxta təsadüf edib.

Amnesty International öz hesabatında 2012-ci ilin yanvar ayından 2013-cü ilin avqust ayınadək Pakistanın Şimali Vəziristan tayfa ərazisində pilotsuz təyyarələrdən 45 raketin atıldığını deyir.

Ağ Evin sözçüsü Cey Karney deyib ki, rəsmi Vaşınqton pilotsuz təyyarə hücumlarının beynəlxalq qanunu pozması fikri ilə qətiyyən razılaşmır.
XS
SM
MD
LG