Accessibility links

Dronların çəkdiyi fotolar [Video]


Dronların çəkdiyi fotolar
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Dronların çəkdiyi fotolar

Dron texnologiyaları daha əlverişli olduğu üçün, bəzi insanlar artıq dron fotoları çəkib pul qazanır. Professional dron fotoları həm müasir qurğuların qabiliyyəti, həm də onları idarə edən insanların vərdişlərindən asılıdır.

Uzaqdan idarə olunan vertolyotlara maraq və məşqlər Skay de Moya və Ros Şafferə 2013-cü ildə öz bizneslərini yaratmağa kömək edib.

Dron
Dron

Merilendin Baltimor şəhərində fəaliyyət göstərən SkyeCam Productions şirkəti dron foto və videoqrafiya sahəsində xidmət göstərir.

“Mən buna illər öncə uşaq ikən başlamışam. Mən o zaman uzaqdan idarə olunan oyuncaqları çox sevirdim. Yeni dronlarla müqayisədə o oyuncaqların bəzilərini idarə etmək daha çətindir. Külək olduğu zaman uçurtduğum oyuncaqlar uzağa gedərdi. Mən də onlar üzərində çubuğu müvazinətdə necə saxlamağı öyrənirdim.”

“Mən professional olaraq dron fotoları ilə məşğul olan bir nəfərin yanında köməkçi kimi çalışırdım. Sonra özümə ucuz bir dron aldım və onu bir neçə dəfə sındırana qədər saatlarla məşq etdim.”​

Dronu böyük kütlələr üzərində uçurmaq olmaz, çünki nəsə tərs getsə, aşağıda insanlar zərər görə bilər. Bir də bəzi izdihamlı ərazilərdə, şəhərlərdə məsələn, çox sayda betonlu yer varsa, bu GPS-ə mane ola bilər.

Bu işə başladıqdan sonra onlar tez zamanda dron düzəldib onun üzərinə kamera qoyub və sonra cihazı kalibrəliyirlər ki, onun içindəki kompas istiqaməti, GPS isə dronun mövqeyini müəyyən edə bilsin.

Bir çox həvəskar dron fotoqraflardan fərqli olaraq, bu iki professional fotoqraf komanda kimi işləyir. De Moya kameranı, Şaffer isə dronu idarə edir. De Moyanın dediyinə görə, bu onlara bilrlikdə manevrlər etməyə və daha yaradıcı olmağa yardım edir.

Bu isə o deməkdir ki, təkcə cihazlar arasında deyil, həm də onları idarə edən insanlar arasında rabitə çox önəmlidir.

“Məsələn mən dronu yuxarı qaldırmaq istəsəm, bunu Skaya deməliyəm.”

Dronlar foto sənətini yeni bir səviyyəyə çıxarsa da, hələ də bəzi məhdudiyyətlər mövcuddur.

Casus dron
Casus dron

“Dronu böyük kütlələr üzərində uçurmaq olmaz, çünki nəsə tərs getsə, aşağıda insanlar zərər görə bilər. Bir də bəzi izdihamlı ərazilərdə, şəhərlərdə məsələn, çox sayda betonlu yer varsa, bu GPS-ə mane ola bilər.”

ABŞ-da hava nəqliyyatına mane olmamaq məqsədilə dronu hava limanının 8 kilometrlik radiusunda və yerdən 122 metrdən artıq yüksəklikdə uçurtmaq qadağandır.

De Moya üçün isə ən böyük problem tez-tez dəyişən texnologiya, qayda və qanunlarla ayaqlaşmaqdır.

Şafferin isə daha fərqli narahatlıqları var.

“Ən böyük çətinlik ağaclara dəyməməkdir, çünki burada çox sayda ağac var.”

Federal Aviasiya Adminsitrasiyası ABŞ-da bütün professional və həvəskar dron uçuranları cihazlarını qeydiyyatdan keçirməyi tələb edir ki, hər hansısa bir hadisə baş verəndə təşkilat onu tapıb, sahibinə qaytara bilsin.

XS
SM
MD
LG