Accessibility links

Obamanın büdcə layihəsinin 15 faizini müdafiə xərcləri təşkil edir [Video]


Hərbi qüvvələrə 585 milyard dollar xərcləyən ABŞ dünyanın ən qüdrətli ordusuna malikdir

Prezident Barak Obamanın 4 trilyonluq büdcəsinə milli təhlükəsizlik və müdafiə strategiyalarınının davamlılığı üçün 585 milyard dollar vəsait daxildir. Bu isə büdcənin 15 faizini təşkil edir və ötən ilki müdafiə büdcəsindən 25 milyard artıqdır.

Əfqanıstanda qoşunların azalması, Əfqanıstan üçün ayrılan pulların azalması demək deyil... Biz yenə də qarnizondakı əsgərlərimizin təhlükəsizliyini təmin etməliyik

Birləşmiş Ştatları və onun maraqlarını müdafiə etmək bahalı öhdəlikdir. Təməl müdafiə büdcəsi 534 milyard təşkil edir və əlavə 51 milyard dollar isə xarici müharibə ehtiyatlarını qarşılamağa ayırılıb.

Prezident Obama Konqresi büdcəni təsdiqləməyə çağırıb.

“Bu bizim hökümət olaraq ən fundamental və ən vacib öhdəliyimizdir, ona görə də mən Konqresi büdcəni təsdiq etməyə çağırıram.”

Siyasi problem ondadır ki, bu dəfəki 585 milyard dollarlıq tələbat Konqresin 2011-ci ildə müəyyən etdiyi maksimum büdcəni adlayır.

Strateji və Beynəlxalq Elmlər mərkəzinin müdafiə büdcəsinin araşdırma idarəsinin sədr müavini Rayn Krotti bildirir ki, mövcud qlobal təhlükə mühitinin olduğu dövrdə 2016-cı il müdafiə büdcəsi çox azdır.

“Fikrimcə Konqresin hər iki palatası və dövlət başçısı ötən illərin müdafiə büdcəsinin çox az olduğu barədə həmfikirdirlər.”

Büdcəyə hava hücumları, həmçinin İraq qoşunlarının və mötədil Suriyalı üsyançıların təlimi vasitəsilə İslam Dövlətinin hərbi əməliyyatlarının qarşısını almaq üçün əlavə 5 milyard dollar daxildir. Həmçinin büdcəyə Rusiyanın Ukraynaya təcavüz etdiyi bu dövrdə Avropa müttəfiqləri ilə təlim çalışmalarını təmin edən Avropa Təminat Təşəbbüsünə ayrılacaq 800 milyon dollar daxildir.

ABŞ Əfqanıstanda döyüş missiyasını bitirsə də, dəstək missiyasını davam etdirmək üçün büdcəyə milyardlarla dollar pul daxildir.

“Əfqanıstanda qoşunların azalması, Əfqanıstan üçün ayrılan pulların azalması demək deyil. Bizim qoşunlar Əfqanıstanda sadəcə əfqan hərbisinə təlim keçir, və daha güclü hərbi qurmaq üçün onlara məsləhət verib, yardım göstərir, ancaq biz yenə də qarnizondakı əsgərlərimizin təhlükəsizliyini təmin etməliyik.”

Büdcə artımının hərbi dəniz donanmasına böyük təsiri olacaq, çünki sakit okean regionuna keçidi gücləndirmək məqsədilə yeni gəmilərin alınmasına milyardlarla dollar xərclənəcək.

Biz bunu indi etməsək, gələcəkdə potensial düşmənləri önləyə bilməyəcəyik

Pentaqon rəsmiləri bildirir ki, büdcənin əksəriyyəti gələcəyə sərmayə üçün istifadə olunacaq.

“Bizə artıq üç ildir müasirləşmə tələbatları gəlir, ancaq biz bunu yerinə yetirə bilməmişik.”

“Biz bunu indi etməsək, gələcəkdə potensial düşmənləri önləyə bilməyəcəyik.”

Yeni hava və su hərbi texnikalarından əlavə, bu investisiyaya nüvə obyektlərinin təmiri və kiber təhlükəsizliyinin inkişafı daxildir.

XS
SM
MD
LG