Accessibility links

Duma daxili təhlükəsizlik orqanlarının səlahiyyətlərinin artırılması barədə qanunu təsdiq etdi


Belə bir qanuna terrora qarşı mübarizədə, İslamçı yaraqlıların zorakılıqlar törətdikləri yerlərdə daha çox ehtiyac olduğu deyilir

Rusiya parlameniti tərəfindən təsdiq edilən qanun Rusiyanın FSB adlanan yerli kəşfiyyat orqanlarına cinayət törətməkdə şübhələnilən insanların yoxlanmasına icazə verir. Dumada səs çoxluğu ilə qəbul etdiyi qanun baş nazir Vladimir Putinin başçılıq etdiyi, aparıcı “Vahid Rusiya” partiyasının dəstəyi ilə təsdiq edildi. Bundan sonra isə Federal Şurada təsdiq edilən qanun son imza atılması üçün prezident Dmitri Medvedevə göndəriləcək.

Qanunu dəstəkləyənlərdən Vahid Rusiya partiyasının üzvü Sergey Markov dəyişiklliyin opponentlər tərəfindən şişirdildiyini deyib. Cənab Markov deyib ki, söhbət burada sadəcə olaraq FSB-nin vətəndaşlara cinayət törədilməzdən öncə xəbərdarlıq göndərməsindən gedir. O, belə bir qanuna əsasən terrora qarşı mübarizədə, Şimali Qafqazda İslamçı yaraqlıların zorakılıqlar törətdikləri yerlərdə daha çox ehtiyac olduğunu bildirib.

Lakin bəzi insan haqları qrupları yeni qanunun siyasi fəalları qorxutmaq, nümayişlər və etiraz aksiyalarının qarşısını almaq kimi alternativ məqsədi olduğunu deyirlər.

XS
SM
MD
LG