Accessibility links

Duman Radmehr: Ruhaninin gəlişindən sonra azərbaycanlı siyasi məhbuslarun durumu daha da pisləşib


Beynəlxalq müşahidəçilər prezident Həsən Ruhaninin hakimiyyəti dövrü Iranda insan hüquqları sahəsində vəziyyətin yaxşilaşmasının müşahidə edilmədiyini bildirir. Güneyli fəllar İranda etnik azlıqların hüquqlarının pozulması halllarının davam etdiyini deyir. İsveçdə yaşayan güneyli fəal Duman Radmehr Amerikanın Səsinə müsahibədə prezident Həsən Ruhaninin azərbaycanlılara verdiyi vədlər və güneyli siyasi məhbusların durumu haqda danışıb.

Duman Radmehr azərbaycanlıların prezident Ruhaninin hakimiyyətə gəlməsindən öncə azərbaycanlılara Urmiyə gölünün qurumasının qarşısının alınması, Azərbaycan türkcəsinin məktəblərdə öyrədilməsi və Azərbaycan dilində institutun yaradılması kimi vədlər verdiyini deyib. Lakin o, prezident Ruhaninin hakimiyyətə gəlişindən sonra keçən bir ildən çox vaxt ərzində vəziyyətin dəyişimədiyini qeyd edib. Onun sözlərinə görə, ölkədə insan haqları sahəsində müsbət dəyişikliklər müşahidə edilmir.

Duman Radmehr bildirib ki, Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranda edam hökmlərinin azaldığı qeyd edilmir. O, Beynəlxalq Ana dili günü mitinqlərində və Urmiyə gölünün qurumasına etiraz aksiyalarında daha çox fəalın həbs edildiyini qeyd edib. Onun sözlərinə görə, bu etiraz aksiyalarında fəalların həbs edilməsindən sonra azərbaycanlıların prezident Ruhaninin dəyişiklik yaradacağı ilə bağlı ümidləri boşa çıxıb. “Ruhaninin gəlişindən sonra azərbaycanlı siyasi məhbuslarla bağlı durum nəinki yaxşılaşmayıb, bəlkə bir az da pisləşib”-deyə Duman Radmehr bildirib.

Bölgədə gərgin siyasi duruma səbəb olmuş İraq hadisələrinə güney azərbaycanlılarən reaksiyasını şərh edən Duman Radmehr qeyd edib ki, İran İslam respublikası özünü bölgədə şiələrin müdafiəçisi kimi göstərməyə çalışsa da, azərbaycanlılar arasında bu siyasətin müvəffəq olmadığını demək olar. Milli hərəkat və dünyəvi ideyaların xalqın milli düşüncəsində təşəkkül tapdığını deyib. Duman Radmehr İran Azərbaycanında Kərkükdə türkmənlərin durumuna, eyni zamanda İraq kürdlərinin ölkənin şimalında nüfuzunun güclənməsi məsələsinə xususi diqqət verdiyini vurğulayıb.

XS
SM
MD
LG