Accessibility links

Polis Nigeriyada törədilən partlayışı araşdırır


Polis Nigeriyada törədilən partlayışı araşdırır

Polis Nigeriyada törədilən partlayışı araşdırır

Nigeriyanın şimalında polis hərbi kazarma yaxınlığında yerləşən barda 10 nəfərin ölümünə səbəb olmuş bomba partlayışlarını araşdırır. Paytaxt Abucada prezident Gudlak Conatanın inaqurasiyasından bir neçə saat sonra Bauçi şəhərində törədilən üç partlayışa görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Polis ölənlərin sayının 10 nəfər olduğunu, lakin başqa rəsmilər bu sayın daha yüksək olduğunu ehtimal edirlər. Prezident Conatan ölkədə siyasi və təriqətlərarası zorakılıqlarının vüsət aldığı bir vaxtda ölkədə vəhdət yaratmaq tapşırığı ilə üzləşir.

XS
SM
MD
LG