Accessibility links

İraqın əl-Qaidə filialı dünən Bağdad və başqa şəhərlərdə törətdiyi silsilə partlayışların yalnız başlanğıc olduğunu bildirib. İraq İslam Dövləti tərəfindən açıqlanan və bu gün militantların veb səhifəsində yer alan bəyanatda deyilir ki, qrup təhlükəsizlik qüvvələrini hədəf alıb. Qurum işgəncə, həbs və ərazilərin zəbt-edilməsi halları daxil olan sünnilər əleyhinə kampaniyaya cavab xarakteri daşıyır.

İraq rəsmiləri dünənki hücumda avtomobil və yolkənarı partlayışların 35 nəfərin həyatına son qoyduğunu və 100-dən çox insanın yaraladığını bildirib. Əsasən şiələrin məskunlaşdığı Bağdadda və şəhər yaxınlığında silsilə partlayışlar azı 15 nəfərin ölümünə səbəb olub. Partlayışlardan biri səhiyyə nazirini müşayiət edən maşın karvanını hədəf alıb. Partlayış nəticəsində səhiyyə naziri xəsarət almayıb.

Partlayışlar habelə Kərkük, Samarra və Ramadi şəhərlərində baş verib.

XS
SM
MD
LG