Accessibility links

Dünəndən bəri Yəməndə 37 nəfər həlak olub


Dünəndən bəri Yəməndə 37 nəfər həlak olub
Dünəndən bəri Yəməndə 37 nəfər həlak olub

Rəsmilərin bildirdiyinə görə, keçən gecə Yəmən paytaxtı Sənada baş verən döyüşlər zamanı azı 37 nəfər ölüb. Bir neçə yerdə baş verən döyüşlər keçən həftənin cümə günü əldə edilən atəşkəsin pozulmasına səbəb olub. Döyüşlərin dünən səhər tezdən Şeyx Sadiq Əl-Əmara sadiq qüvvələrin Sənadakı hökumət binalarına hücumundan sonra başladığı deyilir. Müxalifət Daxili İşlər Nazirliyi və prezident Əli Abdulla Salehin başçılıq etdiyi partiyanın yerləşdiyi binanı ələ keçirdiyini desə də, hökumət bu xəbəri təkzib edib.

Dünən ölkənin iki şəhərində döyüşlərin davam etdiyi bildirilib. Rəsmilər cənubdakı Zincibar şəhərində yaraqlılar tərəfindən pusquya salınaraq beş əsgərin, sahil şəhəri Taizdə isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açmaları nəticəsində 25 nəfərin öldürüldüyünü deyirlər.

XS
SM
MD
LG