Accessibility links

Ərdəbildə “Dil və Kimlik” seminarı keçirilir


Ərdəbil vilayətində fəaliyyət göstərən “Meşginşəhrin Kimlik Dərnəyi” 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə “Dil və Kimlik” adlı bir seminar keçirdiyini bildirib.

Fevralın 20-də keçirilən tədbir haqqında Meşginşəhrdə (Xiyav) fəaliyyət edən Elsəs və Səfir kimi internet portalları məlumat yayıb.

Seminarın koordinator Məhəmməd Cəfərinin bildirdiyinə görə, “dil və kimlik” tədbiri türk dilində yazan şairlər və ədəbiyyatçılar, həmçinin musiqi sənətçilərinin iştirakı ilə keçirilir.

Meşginşəhrin Kimlik Dərnəyi əsasən məzhəb, sənət və idman sahəsində fəaliyyət göstərən bir qurumdur. Türk fəalların idarə etdiyi Öyrənci Səsi veb səhifəsinin yazdığına görə, dərnək Xiyav şəhəri imam-cüməsinin nəzarəti altında fəaliyyət göstərir, həmçinin zaman-zaman Türkiyə və Azərbaycan Respublikasına qarşı təbliğat yayır.

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Güneydə təşkil olan aksiyalarda "Türk dilinin rəsmi dil olması" tələb edilir
Güneydə təşkil olan aksiyalarda "Türk dilinin rəsmi dil olması" tələb edilir

Son 10 il ərzində İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

XS
SM
MD
LG