Accessibility links

Dünya Azərbaycanlıları Konqresi İran səfirliyi qarşısında etiraz edib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir qrup üzvü İranın Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirib. Aksiya 2006-cı ilin mayında İranın rəsmi “İran” qəzetinin türk millətini təhqir etməsinə cavab olaraq başlanmış hərəkatın 5-ci ildönümünə həsr edilib.

Etiraz aksiyasında çıxış edənlər rəsmi Tehranı güney Azərbaycan türklərinin insani, mədəni, milli, təhsil hüquqlarını pozçaqda, Azərbaycan türklərinə aid tarixi abidələri məhv etməkdə ittiham edib, Güney Azərbaycan fəallarının təqiblərinə, həbslərinə etiraz bildirib.
Aksiya “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”, “Biz ölərik, Güneydən əl çəkmərik” şüarları altında keçirilib.

Polis aksiyaya müdaxilə etməyib, aksiya iştirakçılarından saxlanan olmayıb

XS
SM
MD
LG