Accessibility links

Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək


Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya (155 nəfərlə təmsil olunur), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanada (10) var.

İyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya (155 nəfərlə təmsil olunur), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanada (10) var. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir. Qurultayda Azərbaycanı ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq təmsil edəcək. Qurultayda ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Qurultaya hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə olunacaq. Toplantıda “Dünya Azərbaycanlılarının III qurultayının qətnaməsi”, “Azərbaycan prezidentinə müraciət”, “Dünya azərbaycanlılarına müraciət”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”in qəbul olunacağı gözlənilir. Xatırladaq ki, Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.

XS
SM
MD
LG