Accessibility links

Dünya Bankı rəsmiləri və dünya ölkələrinin maliyyə nazirləri Vaşinqtonda görüş keçirir

  • Amerikanın səsi

Dünya Bankı rəsmiləri və dünya ölkələrinin maliyyə nazirləri Vaşinqtonda görüş keçirir

Dünya Bankı rəsmiləri və dünya ölkələrinin maliyyə nazirləri Vaşinqtonda görüş keçirir

ABŞ-ın maliyyə naziti Timoti Qaytner avropalı həmkarlarını qitənin borc böhranını yaymamağa çağırıb. Beynəlxalq Valyuta Fondunun yığıncağında danışan nazir deyib ki, Avropa hökumətləri Avropanın Mərkəzi Bankı ilə yaxından əməkdaşlıq etməklə, ölkələrin defoltuna yol verməməlidir. Qaytner hökumətlərin borclarının dünya iqtisadiyyatına ciddi təhlükə yaratdığını bildirib. O deyib ki, hökumətlər təcili addımlar atmasa, böhranın həlli çətinləşəcək. Avropa İttifaqı və BVF-u Yunanıstanı böhrandan çıxarmaq üçün artıq milyardlarla dollar məbləğində vəsaitlə təmin edib. Dünən fondun icraçı direktoru Kristin Laqard demişdi ki, qlobal iqtisadiyyat böhran içərisindədir. O, dövlərləri probemin həllində birliyə səsləyib. Cağırış Dünya Bankı rəsmiləri və dünya ölkələrinin maliyyə nazirlərinin Vaşinqton görüşündən əvvəl səslənib.

XS
SM
MD
LG