Accessibility links

Dünya Bankının hesabatı iqlim dəyişikliyinin reallıqlarına diqqət çəkir


Dünya Bankının son elmi hesabatına əsasən Yer kürəsi istiləşdikcə, hər 100 ildən bir baş verən istilik dalğaları və digər ekstremal iqlim şəraitləri artıq “yeni adi hava şəraiti” sayılacaq. Hesabatda həmçinin bildirilir ki, Yer kürəsi sənaye dövründən öncəki zamanlardan iki dərəcə daha isti olacaq. Bu artım genişmiqyaslı dəyişikliklərə səbəb olacaq.

Bu, o deməkdir ki, şəhərlərdə ekstremal istiliklər olacaq. Bunun kənd təsərrüfatı sitemlərinə təsiri olacaq.

Yeni hesabat Dünya Bankının Turn Down the Heat: Confronting the New Climate Normal (İstiliyi azalt: Yeni Normal İqlimlə Üzləşmə) adlı tədqiqatının tərkib hissəsidir. Dünya Bankının vise-prezidenti və xüsusi iqlim nümayəndəsi Reyçel Kayt bildirir ki, son otuz ildə mədən yanacaqları tullantılarının atmosferə əlavə olunması nəticəsində bu əsrin yarısına artıq Yer kürəsinin temperaturu 1.5 dərəcə artacaq.

“Bu, o deməkdir ki, bizim bununla bağlı edə biləcəyimiz bir şey yoxdur, ona görə də biz bu dəyişikliyə uyğunlaşmalıyıq və dözümlü olmalıyıq. 1.5 dərəcənin ölkələrin inkişaf imkanlarına böyük təsiri olacaq.”

Hesabat diqqətini dünyanın üç regionunda cəmləşdirir: Latın Amerikası, Qərbi Balkanlar və Orta Asiya və Yaxın Şərq. Hər üç bölgədə ekstremal istiliklər böyük risklər təşkil edir. Kayt bildirir ki, tədqiqat Latın Amerikası iqtisadiyyatının ziyan çəkəcəyini proqnozlaşdırır.

“Məsələn, bu kənd təsərrüfatı məhsuldarlığında 2050-ci ilə qədər soya yığımının 70 faiz, buğda yığımının isə 50 faiz azalması deməkdir. Braziliya kimi iqtisadiyyatlara bu rəqəmlərin böyük təsiri ola bilər.”

Dünyanın digər bölgələrində istiləşmə trayektoriyası su qaynaqlarına təsir edecək. Kayt bildirir ki, bu Orta Asiya və Qərbi Balkanlarda baş verə bilər, belə ki orada buzlaqların sürətlə əriməsi leysan yağışlardan sonra əmələ gələn daşqınların təhlükəsini artırır və su axınlarının vaxtınının dəyişməsi yay aylarında tarlalarda istifadə olunan suyun azalmasına səbəb olur.

Bunun kənd təsərrüfatı məhsuldarlığına, kənd və şəhər yerlərində həyat şəraitinə və hətta bütün regionun təhlükəsizliyinə təsiri olacaq.

“Bunun kənd təsərrüfatı məhsuldarlığına, kənd və şəhər yerlərində həyat şəraitinə və hətta bütün regionun təhlükəsizliyinə təsiri olacaq.”

Tədqiqatda Yaxın Şərq və Şimali Afrikada da su təminatına təhlükə yaranacağı bildirilir. Kayt bildirir ki, regionun bəzi bölgələrində 2040 ilədək yağışların 40 faiz azalacağı gözlənilir.

“Bu, o deməkdir ki, şəhərlərdə ekstremal istiliklər olacaq. Bunun kənd təsərrüfatı sitemlərinə təsiri olacaq. Bizim nə yeyəcəyimiz, necə yeyəcəyimiz, kimin nə yeyəcəyi təsirə məruz qalacaq. Nəhayət temperatur dəyişikliyinin onsuz da suyun qıt olduğu regiona daha kəskin təsiri olacaq.”

Kayt bildirir ki, dünya bu cür nəzarətsiz artan emissiyalarla davam edə bilməz. Bu tendensiyanın gedişatını dəyişdirmək siyasi iradə tələb edir. Gələn ay Perunun Lima şəhərində 200 ölkənin nümayəndələri yeni beynəlxalq iqlim müqaviləsi barədə mühüm danışıqlar aparacaqlar.

XS
SM
MD
LG