Accessibility links

Çin və Şərqi Asiya regionunda iqtisadi inkişaf sahəsində durğunluq müşahidə ediləcək

Dünya Bankının hesabatında bu il Asiyada iqtisadi artımın yavaşayacağı
proqnozlaşdırlır.

Hesabatda bu il Asiya-Sakit Okeanı hövzəsi ölkələrində iqtisadi artımın 2011-ci ildəki 8.2 faizlə müqayisədə tam 1 faiz azalaraq, 7.2 faiz olacağı ehtimal olunur. Hesabatda 2013-cü ildə iqtisadi inkişafın 7.6 faizə çatacağı güman edilir.

Yeni hesabatda həmçinin bildirilir ki, Çin dövlətindəki zəif ixracat və investisiyadakı artımın azalması bu ölkənin ÜDM-nu 2011-ci ildə qeydə alınan 9.3 faizdən azalaraq bu il 7.7 faiz olacaq. Lakin bank bildirir ki, görülən daxili stimullaşdırma tədbirləri nəticəsində Çinin iqtisadi inkişafı yenidən əvvəlki vəziyyətinə bərpa olunaraq 8.1 faizə çatacaq.

Dünya Bankı bildirir ki, Şərqi Asiya və Sakit Okeanı bölgəsinin siyasətçiləri iqtisadi inkişafın idarəetməsini nəzarətə götürərək qeyri-stabil qalacaq bölgədə yoxsulluğun azaldılmasına nail olmalıdır.
XS
SM
MD
LG