Accessibility links

Bu, aşağı neft qiymətləri ilə bağlı narahatlıqların nəticəsidir

Cümə axşamı Asiya bazarları çox dəyişkən olub və günü aşağı göstəricilərlə başa vurub. Bu, aşağı neft qiymətləri və yavaşlayan qlobal iqtisadiyyatla bağlı narahatlıqların nəticəsidir.

Tokionun Nikkei indeksi təxminən 2.5 faiz aşağı bağlanıb. Şanxay 3 faizdən çox, Honq Konq bazarında isə 2 faiz eniş müşahidə edilib.

Ekspertlər bunu düşən neft qiymətlərindən çox investorların bədbinliyi, Çinin iqtisadi artımının yavaşlaması və ümumilikdə qlobal iqtisadiyyatın tənəzzülü ilə əlaqələndirir.

2014-cü ildən bəri düşməkdə davam edən xam neft qiymətləri Asiyada bir az qalxıb. Buna baxmayaraq, neft təchizatının həddindən artıq çox olması ilə bağlı narahatlılqlar da davam edir.

Bu həftə ABŞ xam neftinin qiyməti son 12 ildə ən aşağı səviyyəyə düşüb.

Çərşənbə günü Wall Streetdə indekslər 3 faiz dəyər itirib. S&P 500 1.2 faiz, Dow isə 1.6 faiz aşağı göstərici ilə günü başa vurub.

XS
SM
MD
LG