Accessibility links

Dünya boyu böhranlar neftin qiymətinin artmasına səbəb olur


Dünya boyu böhranlar neftin qiymətinin artmasına səbəb olur
Dünya boyu böhranlar neftin qiymətinin artmasına səbəb olur

Enerji üzrə ekspertlər Liviyada üsyançılarla hökumət qüvvələri arasındakı döyüşlər və Liviya üzərindən uçuşlara iczə verilməməsi kimi beynəlxalq qadağaların bu ölkədə neft istehsalının qarşısının alınmasına və bununla da neft qiymətlərinin daha da artmasına səbəb olacağından narahatdırlar. Benqazidən şimal-şərqdəki liman şəhəri Zvitinada neft tankerləri yandırıldıqdan sonra ölkədə gündə hasil edilən 1.6 milyon barel neftin həcmi 400 min barelə enib.

Liviya Milli Neft Korporasiyasının sədri Şükrü Qanam ölkəsinin tez bir zamanda yenidən neft ixrac etməsini və hər-hansısa ölkədən gəlib çalışmaq istəyən şirkətlərlə birbaşa əlaqələr qurmasını istədiyini deyir.

Bütün baş verənlər neftin qiymətinin birdən-birə bahalaşmasına gətirib çıxardı. Hadisələrin Yaxın Şərqin neft istehsal edən digər dövlətlərinə də təsir edəcəyi narahatlıqlara səbəb olub.

Yaponiyada baş verən zəlzələ və sunami narahatlıqları daha da artırdı. Ölkənin şimal-şərqindəki Fukuşimada baş verən nüvə böhranı aradan qaldırılmağa başlasa da, təhlilçilər ölkədəki itkiləri aradan qaldırmaq üçün Yaponiyanın neft və qaz qiymətlərini artıracağını deyirlər.

Ekspertlər yaxın zamanda neftin barelinin 120 dollara çatacağını, iqtisadçılar isə belə olan halda qaz və ərzaq qiymətlərinin artacağını və onsuz da zərif olan iqtisadi durumun daha da çətinləşəcəyini deyirlər.

XS
SM
MD
LG