Accessibility links

Dünya Britaniyada möhtəşəm toyu izlədi


Dünya Britaniyada möhtəşəm toyu izlədi

Dünya Britaniyada möhtəşəm toyu izlədi

Parlaq təbəssümlə gəlin Catherine Middleton əri Şahzadə Williamla Buckingham sarayının qırmızı və qızılı parça ilə örtülmüş eyvanda yan-yana duraraq royal ailənin yeni üzvünü salamlamağa gəlmiş minlərlə adam əl yellədi. Yenicə nikah qurmuş və artıq Cambridge-in hersoq və hersoginyası sayılan cütlük ilk dəfə olaraq ictimaiyyət qarşısında öpüşdü və izdihamın gurultulu alqışları ilə qarşılandılar.

Sonrada hersoq həyat yoldaşı ilə bərabər arxasına şarlar bağlanmış və nömrə nişanı JU5T WED oxunan üstü-açıq Aston Martin maşınında ərazini tərk etmişlər.

Şahzadə William və Catherine Middletonu Londonda dəbdəbəli toyuna dünyanın bütün guşlərindən tanımış adamlar qatılıb. Qonaqların sırasında futbol ulduzu David Beckham, baş nazi David Cameron, Norvec kralı və müğənni Elton John olublar.

Middletonun bacısı Philippa və şahzadə Villiamın qardaşı Harry toy mərasiminin şərəfləndirilən qonaqları seçiliblər.

Tədbirdə Bəhreyn kralı iştirak etməyib. Suriyada nümayişçilərə basqılarla bağlı həmin ölkənin səfirinə göndərilən dəvətnamə geri götürülüb.

ABŞ prezidenti Barak Obama və Nicoas Sarkozy tədbirə dəvət olunmayıblar.

XS
SM
MD
LG