Accessibility links

Dünya Çempionatı Cənubi Afrikaya nə qazandırdı?


Dünya Çempionatı Cənubi Afrikaya nə qazandırdı?

Dünya Çempionatı Cənubi Afrikaya nə qazandırdı?

350 min futbol həvəskarının yarıdan çoxu Yohannesburqda toplaşıb

Futbol üzrə Dünya Kubokunda oyunların yarından çoxu artıq geridə qalıb. Yohannesburq rəsmiləri baş verən hadisələrdən razıdırlar. 350 min azarkeşin yarıdan çoxu Yohannesburqda yerləşib. Sibonqile Mazibuko 2010-cu il Yohannesburq şəhəri üçün proqramının icraçı direktorudur: “Biz inanırıq ki, Rustenburqa bir saat, Pretoriaya yarım saatlıq məsafə ilə Yohannesburq strateji mövqeyə malikdir. Bu səbəbdən ziyarətçilərin çoxu burada qalır və digər oyunlara buradan gedirlər”

Cənubi Afrika yeni stadionlara, yollara və başqa infrastrukturlara milyardlarla dollar pul ayırıb. Ancaq ölkəni ziyarət edənlərin sayı 2006-cı ildə ev sahibi olan Almaniyanın qonaqlarından azdır. Çoxları buna görə, iqtisadi tənəzzülü, ölkənin Avropadan uzaqlığını və təhlükəsizlik narahatlıqlarını günahkar bilir.

Sergio Martinez və onun dostları təhlükəsizlik barədə narahatlıqlarına baxmayaraq Cənubi Afrikaya İspaniyadan gəlib: “Biz daha çox problem gözləyirdik, çünki televiziyada belə eşitmişdik. Buraya çatdıq, içimizdə qorxu var idi. Ancaq bu vaxtadək heç bir problemlə üzləşməmişik”.

Kanadadan olan Mayk Bradli kimi bir çox azarkeşlər matçları izləmək üçün bir şəhərdən digərinə maşınla gedir. Yolların yaxşılaşmasına baxmayaraq onlar Keyp Taundan Yohannesburqa gedən zaman gözlənilməz olaylarla rastlaşıblar: “Birinci gün biz özümüz boyda çuxurlara düşürdük. Səhv etmirəmsə, iki ya üç təkər dəyişməli olmuşduq. Ancaq o vaxtdan bəri hər şey qaydasındadır”.

Bir çox biznes sahibləri Dünya Çempionatının Yohannesburqa qazandırdığı gəlirdən razıdır. Melvil məhəlləsi restoranları və barları ilə məşhurdur.

“Arzu” restoranının sahibi Şakir oranın təmirinə 25 min dollar yatırıb. O deyir ki, bu ay əldə edəcəyi gəlir bu pulu ödəyəcək: “Çox pul xərcləmişik. Siqarət çəkənlər və çəkməyənlər üçün xüsusi masalar ayırmışıq. Bir çox yeni ləvazimatlar almışıq”.

Şəhər rəsmiləri Dünya Kubokundan sonra da mənfəətlər götürəcəyinə ümid edir. Onlar bu çempionatı imic formalaşdıran bir vasitə kimi görür: Cənubi Afrika ziyarət edilməli maraqlı və təhlükəsiz bir ölkədir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG