Accessibility links

BMT Suriya qaçqınlarına ərzaq yardımını dayandırıb


Dünya Ərzaq Proqramı maliyyə çatışmazlığına görə bu addımı atmaq məcburiyyətində qalıb

BMT-nin Dünya Ərzaq Proqramı maliyyə çatışmazlığına görə 5 fərqli ölkədə məskunlaşan suriyalı qaçqınları yemək talonları ilə təmin edən proqramı dayandırıb.

BMT tərkibindəki bu qurum bu gün bildirib ki, onların dekabr ayında 1,7 milyon qaçqının ehtiyacını ödəyəcək 64 milyon dollara ehtiyacı var. Bu vəsait onlara İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki yerli satıcılardan ərzaq almağa imkan yaradacaq.

Suriyaya qonşu ölkələr Suriya qaçqınlarının artan tələbatlarını ödəyə bilmək üçün mücadilə aparırlar. Suriyada müharibə artıq dörd ildir davam edir.

2011-ci ilin mart ayında başlayan münaqişə nəticəsində 3 milyondan artıq insan ölkəni tərk etməli olub.

Bu gün Dünya Ərzaq Proqramı bildirib ki, onlar yemək talonu proqramı vasitəsi ilə artıq 800 milyon dollardan artıq vəsait xərcləyiblər və əgər yeni maliyyə vəsaitləri ayrılsa, onlar bu proqramı tətbiq etməyə davam edəcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG